Hörmüz boğazının bağlanması Azərbaycana necə təsir edəcək?

Hörmüz boğazının bağlanması Azərbaycana necə təsir edəcək?
23.06.2025 14:33 Cəmiyyət

“Neftin bahalaşması Azərbaycana həm gəlir, həm də inflyasiya gətirə bilər”.

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması dünya üzrə neft təklifini təxminən 20–25% azalda bilər. Bu da qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olacaq.

"Bunun müsbət tərəfi odur ki, Azərbaycan üçün neftin bahalaşması ilkin mərhələdə gəlirlərin artması deməkdir. Satılan neftin qiymətinin yüksəlməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olacaq. Yəni, neft ixracatçısı kimi Azərbaycan bu bahalaşmadan qazanclı çıxa bilər".

Digər tərəfdən isə ekspert xəbərdarlıq edib ki, enerji qiymətlərinin qalxması təkcə neftlə bitmir. Neft iqtisadiyyatda əsas aparıcı amillərdən biridir və onun bahalaşması digər məhsulların maya dəyərinə də təsir edir. Yəni, bu proses ümumilikdə dünyada inflyasiyanı sürətləndirə bilər.

"Azərbaycan iqtisadiyyatı yüksək səviyyədə idxaldan asılıdır. Dünyada qiymətlər qalxdıqca, Azərbaycana idxal edilən mallar da bahalaşacaq. Bu isə neftdən əldə edilən əlavə gəlirlərin idxal zamanı əriyib getməsi ilə nəticələnə bilər. Artıq bu ilin birinci yarısında ölkənin xarici ticarət balansında mənfi saldo qeydə alınıb. Bu, illər sonra ilk belə haldır ki, Azərbaycan daha çox idxal edir, nəinki ixrac", - deyə o diqqətə çatdırıb.

Akif Nəsirlinin fikrincə, neftin qiymət artımı Azərbaycana qısamüddətli dövrdə müsbət təsir etsə də, orta və uzunmüddətli perspektivdə inflyasiya və idxalın bahalaşması səbəbindən ümumi iqtisadi tarazlığı poza bilər. Bu isə nəticə etibarilə iqtisadiyyatın daha dərin struktur problemləri ilə üzləşməsi deməkdir.

Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Bu halda yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verməlidir. Dünya üzrə neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi bu boğazın bağlanması isə qlobal iqtisadiyyata ağır zərbə ola bilər. 

Töhfə Səməd

FOTOLAR

Hörmüz boğazının bağlanması Azərbaycana necə təsir edəcək? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Bütün Xəbərlər