Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI

Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI
23.06.2026 13:50 Cəmiyyət

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ən iri kəndlərin siyahısı məlum olub.

TodayPress TV xəbər verir ki, siyahıya Marneuli rayonu rəhbərlik edir. Marneuli rayonunun Sadaxlı kəndi 10 min 32 nəfər əhali ilə ikinci, Qızılhacılı kəndi isə 8 min 855 nəfərlə üçüncü yerdə qərarlaşıb.

İlk onluqda Qardabani rayonunun Sartıçala kəndi 6 min 621 nəfərlə altıncı, Kosalı kəndi isə 5 min 199 nəfərlə doqquzuncu sırada yer alıb.

Telavi rayonunun Qaracalar kəndi də siyahıda özünə yer taparaq 5 min 63 nəfər əhali ilə onuncu olub.

Məlumatlar göstərir ki, Gürcüstan azərbaycanlıları əsasən ölkənin cənub və şərq bölgələrində kompakt şəkildə yaşayırlar. Bir sıra azərbaycanlı kəndləri əhalisinin sayına görə ölkənin ən böyük yaşayış məntəqələri sırasında yer alır.

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər