Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar?

Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar?
14.07.2026 10:20 Cəmiyyət

Sosial şəbəkələrdə Hikmət Hacıyevə qarşı yönələn qara piar və şəxsi həyat üzərindən qurulan hücumlar böyük təəssüf və təəccüb doğurur.

Bu gün çox  rahat ittiham yağdıranlar  2020-ci ilin o ağır payız günlərini necə bu qədər tez unuda bilirlər? Dünyanın ən qərəzli media nəhənglərinin qarşısında təmkinlə, dərin intellekt və peşəkarlıqla ölkəmizin haqq səsini müdafiə edən, Gəncəyə, Bərdəyə raketlər yağanda xarici diplomatları o xarabalıqlara aparıb erməni faşizmini dünyaya faktlarla sübut edən kim idi?

Hikmət Hacıyev sıradan bir məmur deyil, o, Vətən Müharibəsinin informasiya cəbhəsində vuruşan bir general idi. Keçmişə sayğısı olmayanın gələcəyə deməyə sözü ola bilməz. Verilən əməyi, göstərilən xidməti bu qədər asan itirməməliyik.

Biz hər ucuz sosial şəbəkə kampaniyasına, manipulyasiyaya uyub bu cür kadrları hədəfə qoysaq, gələcəkdə ən kritik məqamlarda dövlət maraqlarını qoruyacaq insanların motivasiyasını öz əlimizlə qırmış olarıq. Çünki dövlətin əsl dayağı məhz onun yetişdirdiyi bu cür peşəkar kadrlardır.

İctimai adamların fəaliyyətini tənqid etmək  normaldır, amma tənqidlə təhqir və şəxsi həyata müdaxilə arasında çox qalın bir sərhəd var.  Kimisə mühakimə edərkən onun bu dövlət, bu millət üçün etdiklərini də tərəziyə qoymağı bacarmaq lazımdır. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər