Ərdoğan Azərbaycana səfərə yola düşdü

Cəmiyyət

08.11.2025 11:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, məlumatı TRT Haber yayıb.

Dövlət başçısı 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak edəcək. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə görüşərək ikitərəfli münasibətlər, regional və qlobal məsələləri müzakirə edəcək.

TodayPress TV

tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan ,Azərbaycan ,Səfər,Todaypress.tv,