Ərdoğan Azərbaycana gəldi
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edib.
TodayPress TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin Dövlət bayraqları qaldırılıb və ali qonağın qarşılanması üçün fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşılayıblar.