Toxunulmaz yoxdur MESAJI: Onların da "qapısı döyüləcək"!
Təhlil
31.10.2025 16:52
"Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin saxlanılması ilə nəticələnən əməliyyat son illər hökumətin dövlət idarəçiliyi sistemində qeydə alınan neqativ hallara qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsidir".
Politoloq Çingiz Şahbazi bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatı TodayPress TV-yə şərh edərkən bildirib.

“Bu, inzibati nəzarətin daha da gücləndirilməsi istiqamətində atılmış ciddi addım kimi qiymətləndirilə bilər. Sirr deyil ki, ölkədə korrupsiya və vəzifədən sui-istifadə halları kifayət qədər mövcuddur və hökumət bu istiqamətdə bir sıra sahələri əhatə edən tədbirlər həyata keçirib. Baş verən hadisələrə diqqət yetirsək, görərik ki, hökumət planlı şəkildə addımlar atır və bu, bir mesajı idi.
Balakəndə keçirilən əməliyyat, güman ki, icra başçısının rüşvətə qurşanması ilə əlaqəlidir. Vəsaitlərin mənimsənilməsi faktı da ehtimal edilə bilər. Çünki belə hallar icra strukturlarında əvvəllər də qeydə alınmışdı. Maliyyə əməliyyatları adı altında qeyri-qanuni xərclərlə bağlı faktların müəyyən edilməsi bu strukturlarda daha çox rast gəlinən haldır”.

Ekspert izah edib ki, İslam Rzayevin vəzifədən azad olunması barədə ölkə başçısının vaxt itirmədən Sərəncam imzalaması cinayətin miqyasını təsəvvür etmək üçün kifayət qədər əsas yaradır:
“Belə əməliyyatları yerli icra orqanlarına ünvanlanan ciddi mesaj kimi dəyərləndirmək olar. Prezidentin dərhal məsələyə adekvat reaksiya verməsi siyasi iradəni nümayiş etdirdi və “toxunulmaz yoxdur” prinsipinin real təzahürünü göstərdi. Əlbəttə, dövlət başçısının rüşvətxor icra başçısı ilə bağlı dərhal verdiyi qərar ictimai etimadın artırılmasına da müsbət təsir göstərir. Məlumdur ki, hər dəfə bu kimi əməliyyatlardan sonra ictimaiyyətdə ölkə başçısına qarşı təşəkkür və inam hissi daha da güclənir”.

Ç.Şahbazi hesab edir ki, bu istiqamətdə əməliyyatlar davam edəcək, çünki istər cəmiyyət, istərsə də hakimiyyət bu neqativ hallardan təmizlənməyə məcburdur.
Qeyd edək ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.
Azərbaycan Prezidenti İlham Əliyev İslam Rzayevin Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Xatırladaqki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.
Qiymət Mahir
tag: Çingiz Şahbazi,Politoloq,DTX,İcra başçısı,Əməliyyat,Todaypress.tv,
 
        
 
                                ![[[Politoloq XƏBƏRDARLIQ ETDİ:]] “İran-İsrail müharibəsi istənilən an başlaya bilər”](/uploads/news/68a333abbb8ed.webp) 
                                            ![Hörmüz boğazı bağlansa, hansı ölkələr zərər görəcək? [[- PROQNOZ]]](/uploads/news/6855217f2eea5.webp) 
                                            ![Əbu-Dabi görüşünün [[İLKİN NƏTİCƏLƏRİ]]](/uploads/news/686faa747b59a.webp) 
                                            ![Müxalifət və kilsə arasında qalan Paşinyan: [[Təzyiqlər nəticə verəcək?]]](/uploads/news/6887434848bc0.webp) 
                                            ![Heç nə təsadüfi baş verməyib: [[Politoloq Ramiz Mehdiyevlə bağlı elə faktları açdı ki...]]](/uploads/news/68f63d7c64884.webp) 
                                            !["Sülh gətirəcəm deyir, böhran yaradır..." [[— Tramp savaş elan edir?]]](/uploads/news/68fb7a3a553a4.webp) 
                                            ![Zelenski ABŞ-yə hazırlaşır: [[Ukrayna bu dəfə fürsətdən necə istifadə edəcək?]]](/uploads/news/68cc038a75184.webp) 
                                            ![ABŞ-də böhran gözlənilir? [[- Tramp bu sövdələşməyə getməsə…]]](/uploads/news/68dbacc1e29d6.webp) 
                                            ![[[Millət vəkili:]] “Rusiyanın soydaşlarımıza qarşı təzyiqləri tezliklə sona çatacaq”](/uploads/news/68e8ecb9071e8.webp) 
                                            ![Podqoritsada “türklər getməlidir” səsləri yüksəlir... [[— Gərginlik kimə sərf edir?]]](/uploads/news/690346083069b.webp) 
                                            