Millət vəkili: “Azərbaycan İran və İsrailin baş verənləri diplomatik müstəvidə həll etməsi istəyir”
Təhlil
13.06.2025 15:05
“İran ilə İsrail arasında baş verən son hərbi qarşıdurma regionda sabitliyə mənfi təsir göstərən mühüm risk faktorudur”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, İsrailin təhlükəsizliyinə qarşı təhdidlərə səbəb kimi İranla əlaqələndirilən proksi qüvvələrin fəaliyyəti göstərilə bilər.
Bu qüvvələrin İsrailə qarşı həyata keçirdikləri müxtəlif əməliyyatlar nəticə etibarilə Təl-Əvivin hərbi addımlar atmasına zəmin yaradıb. İsrailin öz təhlükəsizlik maraqlarını qorumağa yönəlik yanaşması, hərbi tədbirlərin əsaslandırılması baxımından izah oluna bilər.
Deputat vurğulayıb ki, Azərbaycanın əsas istəyinin bölgədə hərbi qarşıdurmaların dayandırılması və sivil əhalinin zərər çəkməməsi olduğunu diqqətə çatdırıb.
O, İran və İsrailin baş verənləri diplomatik müstəvidə, masa arxasında müzakirə edərək həll etməsinin vacibliyini bəyan edib.
Qeyd edək ki, iyunun 13-də səhər saatlarında İsrail İran ərazisində yerləşən bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksək vəzifəli hərbi şəxsləri həlak olub.
Həmçinin İsrail Hərbi Hava Qüvvələri İranda yerləşən və İsrailə qarşı yönəlmiş ballistik raketləri də məhv edib.
Töhfə Səməd
tag: Hikmət Babaoğlu,Deputat,İsrail ,İran,Todaypress.tv,