DİQQƏT! Temperatur kəskin enəcək
Cəmiyyət
19.04.2026 16:15
Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında intensiv yağışın bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq.
Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
tag: Hava,Soyuq,Külək,Temperatur,Todaypress.tv,
