Bu rayonda qaz OLMAYACAQ

Bu rayonda qaz OLMAYACAQ
25.06.2026 21:30 Cəmiyyət
İyunun 29-da Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyunun 29-u saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun bir hissəsinə qazın verilişi dayandırılacaq. Fasilə payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir işləri ilə əlaqədardır.

Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər