Bu ərazilərdə parklanma məntəqələrinin fəaliyyəti dayandırılır

Bu ərazilərdə parklanma məntəqələrinin fəaliyyəti dayandırılır
13.06.2026 23:31 Cəmiyyət

Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə  TodayPress TV-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, iyunun 16–19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək:

Təbriz küçəsi (P10640)

İzzəddin Həsənoğlu küçəsi (P11053)

Bülbül prospekti (P90055)

Füzuli küçəsi (P90217)

Zərifə Əliyeva küçəsi (P90242)

Rixard Zorge küçəsi (P98202 və P90202)

Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər