Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
16.06.2026 10:01 Cəmiyyət

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər