“Beyin Dalğası” intellektual podcast layihəsi uğurla baş tutdu

Cəmiyyət

17.12.2025 15:40

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, Elşən Cəbrayılovun rəhbərliyi və Adil Nəhmətlinin aparıcılığı altında “Beyin Dalğası” adlı intellektual podcast layihəsi uğurla baş tutub.

Azərbaycanın intellektual mühitinə töhfə vermək məqsədi daşıyan “Beyin Dalğası” podcastı düşüncə, bilik və analitik yanaşmanı ön plana çıxaran platforma kimi formalaşıb.

TodayPress TV xəbər verir ki, layihənin əsas məqsədi gənclərin intellektual sahəyə marağını artırmaq, onları düzgün istiqamətləndirmək və bilik mübadiləsi üçün açıq müzakirə mühiti yaratmaqdır.

Podcast çərçivəsində müxtəlif sahələri təmsil edən 8 tanınmış qonaq iştirak edib:

Urfan Orucov - Kontakt Home şirkətinin Kreativ direktoru

Bəhruz Aydınlı - proqramçı, 3sual.az intellektual sual bazasının yaradıcısı

Rahib Məhərrəmzadə - intellektual yarışlar üzrə redaktor

Elgün Abdurahmanov - marketinq eksperti

Emin Məsimli - yazıçı

Elmidar Süleymansoy - televiziya redaktoru

Tərlan Əsədli - intellektual yarışlar üzrə tester və redaktor

Mənsurə Əhmədova - dilçi

Podcast zamanı intellektual inkişaf, yaradıcılıq, dil, media, texnologiya, marketinq və ədəbiyyat mövzularında maraqlı müzakirələr aparılıb, şəxsi təcrübələr və faydalı tövsiyələr bölüşülüb. Qonaqların müxtəlif sahələri təmsil etməsi müzakirələrə çoxşaxəli baxış bucağı qazandırıb.

“Beyin Dalğası” layihəsi intellektual sahəyə marağı olan hər kəs üçün - uşaqdan böyüyə - nəzərdə tutulmuşdur və gələcəkdə də bu istiqamətdə davamlı fəaliyyət göstərməyi hədəfləyir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilərək ölkənin intellektual potensialının inkişafına xidmət edir.

TodayPress TV

tag: Beyin Dalğası,Podcast,Layihə,Gənclər Fondu,Todaypress.tv,