"Bakı Metropoliteni"ndən DEPUTATA CAVAB: Həmin işçilərin…

"Bakı Metropoliteni"ndən DEPUTATA CAVAB: Həmin işçilərin…
04.02.2026 18:00 Cəmiyyət

Bakı Metropolitenində sərnişindaşıma xidmətinin yüksək keyfiyyətlə təşkili, təhlükəsizlik və xidmət mədəniyyətinin artırılması əsas prioritetlərdən olsa da, insan resursları və onların səmərəliliyi və dayanıqlı fəaliyyətinə önəm verilir.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq qurumdan bildirilib. 

Qeyd dolunub ki, bu məqsədlə müəssisənin fəaliyyət məqsədlərinə uyğun olmayan, həmçinin tikinti və tikinti ilə bağlı yardımçı strukturların saxlanılması və idarə edilməsi istiqamətində optimallaşdırma tədbirləri həyata keçirilib. 

Aparılan optimallaşdırma tədbirlərinə əsasən, QSC-nin bilavasitə əsas fəaliyyət növünə aid olmayan bəzi sahələr daha ixtisaslaşmış və peşəkar şirkətlərə həvalə edilib.  

Həyata keçirilmiş struktur optimallaşdırılması ilə 275 işçi üzrə yerləşdirmə prosesi aparılıb. Onlardan 34 nəfər müəssisənin daxili strukturlarında yerləşdirilib. 181 nəfər fəaliyyət istiqamətinə uyğun olaraq, ixtislaşmış qurumlarda işlə təmin edilib. 60 nəfərə isə məşğulluğun təmin edilməsi mümkün olmayıb.  

"Xüsusi qeyd etmək istərdik ki, optimallaşdırma prosesi zamanı əməkdaşlarla açıq və şəffaf kommunikasiya təmin edilməklə, görülən tədbirlər barədə işçilər mərhələli şəkildə əvvəlcədən məlumatlandırılıb. Proses Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib.

Əmək münasibətlərinə xitam verilən şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlər və sosial təminatlar tam həcmdə ödənilib. Bununla yanaşı, işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları, o cümlədən DOST mərkəzləri ilə əməkdaşlıq çərçivəsində müvafiq dəstək tədbirləri görülüb", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa ölkədə həyata keçirilən ixtisarlardan da bəhs edib. O bildirib ki, bir sıra qurumlarda, o cümlədən Metropolitendə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ixtisarlar həyata keçirilib. Metropolitendə ixtisar edilən 100-dək işçiyə başqa yerdə iş veriləcəyi vəd olunsa da, bu, həllini tapmayıb.  

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Bütün Xəbərlər