Azərbaycanda heyvanlara münasibət: Yaralı qağayıdan tutmuş küçə itlərinə qədər

Azərbaycanda heyvanlara münasibət: Yaralı qağayıdan tutmuş küçə itlərinə qədər
22.05.2026 16:36 Cəmiyyət

Bir neçə gün əvvəl Müşfiqabadda qanadı zədələnmiş qağayı tapılıb. İlk addım dövlət qurumlarına zəng etmək olub. Cavab isə ürəkaçan olmayıb. 

İnsanlar özü qəfəs qurub, günlərlə qulluq edib və nəhayət onu dənizə buraxıblar.

Bəs Azərbaycanda heyvanlara, xüsusilə yaralı və köməyə ehtiyacı olanlara münasibət və onların mühafizəsi mexanizmləri hazırda hansı səviyyədədir? 

Heyvan müdafiəçisi Mənsurə Rəsulzadə mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, problemin əsas səbəbi yalnız qanunvericilikdəki boşluqlar deyil, həm də cəmiyyətdə empatiya və maarifləndirmənin zəif olmasıdır.

Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində küçələrdə, magistral yollarda və çöllük ərazilərdə susuzluq və aclıqdan əziyyət çəkən heyvanlarla tez-tez rastlaşmaq mümkündür:

"Mən hər gün saysız-hesabsız heyvan cəsədləri görürəm. Çöllük və səhralıq ərazilərdə heyvanlar su tapmaq üçün halsız vəziyyətdə gəzir. İnsanlardan uzaq durmağa çalışırlar, amma yaşamaq üçün məcburən yaşayış yerlərinə yaxınlaşırlar və oradan da qovulurlar. Çünki əksər yerlərdə artıq açıq su mənbələri yoxdur. Su pullu olduqdan sonra bir çox mənbələrin qarşısı bağlanıb. Problem yalnız heyvanlarla məhdudlaşmır və bu məsələ birbaşa insan təhlükəsizliyi ilə də əlaqəlidir. Su həyat deməkdir. İnsan da yolda qala bilər, maşını xarab ola bilər, halı pisləşə bilər. Ətrafda yaşayış məntəqəsi olmayanda yaxın su mənbəyinə çatmaq üçün kilometrlərlə yol getmək lazım gəlir. İmkanı olmayan insanlar üçün vəziyyət daha ağır olur. Bu hallar düşündüyümüzdən daha çox baş verir".

Onun fikrincə, heyvanlara münasibət cəmiyyətin insanlıq səviyyəsinin göstəricisidir:

"Biz heyvanların yerində özümüzü təsəvvür etməyi öyrənməyincə problemlər həll olunmayacaq. Empatiya inkişaf etməlidir. Hətta deyərdim ki, bəzi hallarda ümumiyyətlə yoxdur. İnsanlığımızın vəziyyətini düzgün qiymətləndirməsək, bu boşluqlar həmişə qalacaq. Bunun əsas səbəbi isə maarifləndirmənin zəifliyidir".

Heyvan müdafiəçisi bildirib ki, Azərbaycanda heyvan rifahı ilə bağlı əsas hüquqi problemlərdən biri 2007-ci ildə ratifikasiya olunmuş beynəlxalq konvensiyanın müddəalarının tam icra edilməməsidir.

"Söhbət 31 may 2007-ci ildə ratifikasiya olunmuş konvensiyadan gedir. Həmin sənəd parlamentdə yekdilliklə qəbul olunub, prezident tərəfindən imzalanıb və təsdiqdən sonra onun həyata keçirilməsi üçün lazımi infrastrukturun və büdcə mexanizminin hazırlanması Baytarlıq Xidmətinə həvalə olunub. Həmin dövrdə baytarlıq sahəsində fəaliyyət göstərərkən konvensiyanın tətbiqi ilə bağlı ciddi hüquqi ziddiyyətlərlə qarşılaşıb".

O, dövlət qurumlarında məsuliyyət və nəzarət mexanizmlərinin zəif işlədiyini də bildirib.

"Qanunlara nəzarət etməli olan bəzi şəxslər ya məsuliyyətlərini anlamırlar, ya da anlamaq istəmirlər. Vətəndaşların heyvanlara qarşı qəddarlıqla bağlı müraciətlərinə lazımi səviyyədə baxılmır. İnsanlar müraciət edir, amma çox vaxt nəticə əldə olunmur".

Onun sözlərinə görə, hər il baytarlıq xidmətinə dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, mövcud imkanlardan səmərəli istifadə edilmir.

“Rayonlarda baytarlıq məntəqələri fəaliyyət göstərir, dövlət tərəfindən dərman və avadanlıqlar ayrılır. Amma əsas problem bəzi əməkdaşlara öz məsuliyyətlərini anlatmaq və işlərini vicdanla görməyə təşviq etməyin çətin olmasıdır. Əlbəttə, hamını nəzərdə tutmuram. Amma problem mövcuddur və bunu gizlətmək olmaz”, – deyə Mənsurə Rəsulzadə qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər dənizindəki problemlər ən üst mərtəbədən dünyanın diqqətinə çatdırıldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Bütün Xəbərlər