Alanyada keçirilən KGK Media Çalıştayında Zəfər Günü qeyd olundu

Cəmiyyət

11.11.2025 12:35

8 Noyabr – Zəfər Günü Alanyada keçirilən Küresel Gazeteciler Konseyinin (KGK) 5-ci Media Çalıştayı çərçivəsində xüsusi qeyd olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə 41 ölkədən media qurumlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Toplantıda Türkiyənin sabiq Xarici İşlər naziri, AK Parti Antalya millət vəkili Mevlüt Çavuşoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, habelə tanınmış rusiyalı jurnalist Mixail Qusman iştirak edənlər arasında olub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də çalıştayda yer alıb. Tədbir çərçivəsində Küresel Gazeteciler Konseyi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında anlaşma imzalanıb.

Həmçinin azərbaycanlı jurnalist, KGK Xarici Media Məclisinin üzvü Nigar İbrahimova və Rəşad Məcid media sahəsindəki fəaliyyətlərinə görə xüsusi mükafatla təltif ediliblər.

Görüş zamanı Azərbaycanın 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü xüsusi olaraq vurğulanıb.

Tanınmış müğənni Gülyanaq Məmmədovanın ifası isə tədbirə xüsusi rəng qatıb.

TodayPress TV

tag: 8 Noyabr – Zəfər Günü ,Alanya,Küresel Gazeteciler Konseyi,Mevlüt Çavuşoğlu,Gülyanaq Məmmədova,Todaypress.tv,

photo
photo
photo
photo