Abşeronun bəzi ərazilərində qaz olmayacaq
Sabah Abşeron rayonunu Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.