“916” xəttinə zənglərdə aztəminatlı ailələr üstünlük təşkil edib
Cəmiyyət
03.02.2026 11:23
2025-ci ildə Ombudsmanın “916” Çağrı Mərkəzinə daxil olan zənglərin böyük hissəsi aztəminatlı ailələr, məhkumlar və işçilər tərəfindən edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.
Məlumata görə, ən çox müraciət aztəminatlı ailələrdən daxil olub – 1144 zəng.
Statistikada məhkumlar (706), əlilliyi olan şəxslər (645), işçilər (964), işaxtaranlar (565), uşaqlar (529) və təqsirləndirilən şəxslər (517) də müraciət edən əsas qruplar sırasında yer alıb. Qadınlar tərəfindən 445, hərbi qulluqçular tərəfindən isə 427 zəng qeydə alınıb.
Bundan əlavə, zərərçəkmiş şəxslərdən 376, müharibə veteranlarından 334, məcburi köçkünlərdən 262, pensiyaçı və şagirdlərdən isə yüzlərlə müraciət daxil olub. Şəhid ailələri (175), sahibkarlar (63), miqrantlar (49), tələbələr (24), milli azlıqlar (19) və valideyn himayəsindən məhrum olmuş şəxslər (21) də statistikada əksini tapıb.
Qeyd olunub ki, müxtəlif kateqoriyalara aid edilməyən “digər” müraciətlərin sayı isə 6632 olub.
Qiymət Mahir
tag: Ombudsman,Çağrı Mərkəzi,Müraciət,Məlumat,Todaypress.tv,
