Ötən ay 23 aptekdə yoxlama keçirilib, 5-də nöqsan aşkarlanıb

Ötən ay 23 aptekdə yoxlama keçirilib, 5-də nöqsan aşkarlanıb
04.09.2025 14:24 Sağlamlıq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.

Bu barədə Mərkəzdən TodayPress TV-yə verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər