Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı

Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı
05.06.2026 23:20 Dünya

Monteneqronun artıq 2028-ci ildə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün hər cür şansı var.

TodayPress TV xəbər verir ki, bu barədə "RTCG" məlumat yayıb.

Bu hədəf həm ölkə rəhbərliyi, həm də Brüsselin yüksək rütbəli rəsmiləri tərəfindən tamamilə əlçatan hesab olunub.

Tivatda keçirilən sammitin yekunlarına əsasən, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Monteneqro Prezidenti Yakof Milatoviç tərəflərin avrointeqrasiya prosesindəki qətiyyətini bir daha təsdiqləyiblər.

2028-ci ildə Aİ-yə üzvlük Monteneqro üçün əsas milli layihəyə çevrilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər