Lukaşenko: “Tramp Ukrayna məsələsinə ehtiyatla yanaşmalıdır”
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təşəbbüslərinə ehtiyatlı yanaşmalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Lukaşenko bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə verib:
“Əgər o, sülh istəyirsə, bu məsələyə diqqətlə, əsaslı şəkildə yanaşmalıdır. Bu, hərbi qarşıdurmadır və burada göstəriş verməklə nəyəsə nail olmaq mümkün deyil”.
Xatırladaq ki, Tramp iyulun 29-da Rusiyaya qarşı 10 günlük ultimatum irəli sürmüşdü. ABŞ prezidenti bəyan etmişdi ki, Rusiya 8 avqusta qədər onun sülh çağırışına reaksiya verməzsə, rus enerji resurslarını alan ölkələrə qarşı əlavə gömrük rüsumları tətbiq olunacaq.
Qiymət Mahir