ABŞ irana cavab zərbələri endirdi
ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub.
TodayPress TV xəbər verir ki, bu barədə CENTCOM açıqlama verib.
Məlumata görə, İran Hörmüz boğazına doğru 4 dron buraxıb. Bir neçə saat sonra isə Küveyt və Bəhreynə 7 ballistik raket atıb. Altısı ələ keçirilib, yeddincisi hədəfə çatmayıb.
ABŞ hərbçiləri arasında itki yoxdur, Bəhreynəki 5-ci Donanmanın qərargahına ziyan dəyməyib.
Hadisədən sonra ABŞ İranın Qeşm adasındakı obyektlərinə cavab zərbəsi endirib.