UEFA-dan klublara növbəti dəstək

UEFA-dan klublara növbəti dəstək
22.05.2025 12:07 UEFA

UEFA 2024-2028-ci illərdə milli komandalara futbolçu göndərən klublara ümumilikdə 244 milyon avro paylayacaq.   

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilən iclasında qəbul olunub. 

Müvafiq məbləğ Avropa Klublar Assosiasiyası (ECA) ilə qarşılıqlı razılaşma əsasında ayrılıb. 

Əslində vəsaitin həcmi 240 milyon avro olmalı idi. Lakin əvvəlki seçmə tsiklin bölgüsündən 7 milyon avro da qalıb.

Vəsaitin 3 milyon avrosu ECA-nın təklifi əsasında qadınlar arasında 2025-ci il Avropa çempionatında futbolçu ilə təmsil olunan klublar üçün güzəşt proqramındakı 6 milyon avroluq vəsaitə əlavə ediləcək.

Nəticədə qadın futboluna ayrılan həmin məbləğ 9 milyon avroya çatdırılacaq. 

Qalan 4 milyon avro isə 240 milyon avroya əlavə olunacaq. 

Qeyd edək ki, 244 milyon avroluq yekun məbləğin 104 milyon avrosu UEFA Millətlər Liqasında 2024/25 və 2026/27 mövsümlərindəki oyunları, eləcə də 2026 - 2028-ci illərdə keçiriləcək seçmə matçları əhatə edəcək.

140 milyon avroluq hissə isə AVRO-2028-ə futbolçu göndərən klublar arasında bölüşdürüləcək.   

Namiq HUN

XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər