Gənc “millilər”dən xarakter nümayişi: vacib qələbə gəldi!
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf Turnirində son oyununu keçirib.
TodayPress TV xəbər verir ki, yığmamız üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda baş tutan qarşılaşma millimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunun taleyini həll edən yeganə qolu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Beləliklə, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turniri 5 xalla başa vurub. U-17 yığması bundan əvvəl Rusiya seçməsinə 0:5 hesabı ilə məğlub olub, Qazaxıstanla isə əsas vaxtı 1:1 bitən görüşdə penaltilər seriyasında 4:2 hesablı qələbə qazanıb.
Namiq HUN