Çempionlar Liqasının favoritləri açıqlandı
Opta superkompüteri 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının mümkün qalibini proqnozlaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Opta Analyst sosial şəbəkə hesabında məlumat yayıb.
Hesabatda ən yüksək şans “Liverpul” klubuna verilib - 20,4%. İkinci yerdə 16%-lik göstərici ilə digər ingilis klubu “Arsenal”, üçüncü pillədə isə 12,1% şansla PSJ qərarlaşıb.
Qeyd edək ki, Liqa mərhələsində “Liverpul” Madridin “Atletiko” və “Real” klubları, “Qalatasaray”, “Ayntraxt” (Frankfurt), PSV (Eyndhoven), “İnter”, “Marsel” və “Qarabağ” ilə qarşılaşacaq.
Namiq HUN