Avropa Liqası: 3 futbolçu bombardir titulunu bölüşdü

Avropa Liqası: 3 futbolçu bombardir titulunu bölüşdü
22.05.2025 09:50 UEFA

UEFA Avropa Liqasının 2024/25 mövsümü “Tottenhem”in “Mançester Yunayted” üzərində (1:0) qələbəsi ilə başa çatıb.   

TodayPress TV xəbər verir ki, final matçından sonra turnirin ən məhsuldar futbolçuları bəlli olub.   

Üç futbolçu eyni sayda qol vuraraq bombardir titulunu bölüşüb. Bunlar yarımmüdafiəçi Brunu Fernandeş (“Mançester Yunayted”), hücumçu Kasper Heq (“Budo-Qlimt”) və forvard Ayub El-Kaabidir (“Olimpiakos”). 

Məhsuldar trio 7 qolla turnirin “Qızıl buts” mükafatını birgə qazanıb.   

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər