Mehmanxanalarda gecələmələrin sayı artdı

Mehmanxanalarda gecələmələrin sayı artdı
25.07.2025 13:58 Turizm

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artaraq 1 milyon 970,7 min olub.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 62,6 %-i Bakıda, 6,4 %-i Qusarda, 4,9 %-i Naftalanda, 4,4 %-i Qəbələdə, 3,2 %-i Şabranda, 3 %-i Qubada, 2,6 %-i Lənkəranda, 1,4 %-i Şamaxıda, 1,1 %-i Naxçıvan Muxtar Respublikasında, 1,1 %-i Şuşada, 1 %-i Masallıda, 1 %-i Xaçmazda, 7,3 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 10,3 % artaraq 1 milyon 192,6 min olub. Bu da ümumi gecələmələrin 60,5 %-ni təşkil edir. Gecələmələrin 19,3 %-i Hindistan, 12,8 %-i Rusiya, 9,1 %-i Türkiyə, 6,7 %-i Səudiyyə Ərəbistanı, 5,3 %-i Birləşmiş Ərəb Əmirlikləri, 4,1 %-i İsrail, 3,3 %-i ABŞ, 2,8 %-i Çin, 2,8 %-i Pakistan, 2,7 %-i Qazaxıstan, 2,5 %-i Özbəkistan, 2,4 %-i Küveyt, 2 %-i Böyük Britaniya, 1,1 %-i Almaniya, 0,9 %-i İtaliya, 0,7 %-i Gürcüstan, 0,6 %-i Bəhreyn, 0,6 %-i İran, 20,3 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 %-i Bakıda, 7,2 %-i Qusarda, 4,1 %-i Naftalanda, 3,2 %-i Qəbələdə, 2,1 %-i Qubada, 0,5 %-i Şamaxıda, 2,1 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Son 1 ildə Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 0,9 % artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5 %-ni təşkil edib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Bütün Xəbərlər