Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin
12.06.2025 15:18 Turizm

Hər il milyonlarla insan Türkiyə Rivieralarının parlaq ulduzu sayılan Antalyaya günəşli çimərlikləri və büllur kimi təmiz suları üçün səfər edir. Lakin bu sahil cazibəsindən kənarda Antalya eyni zamanda dünya miqyasında məşhur yürüş marşrutlarına sahib olan bir cənnətdir. Yürüş həvəskarları bu gözəl şəhərə qədim abidələrdən keçən, təbii gözəlliklərlə dolu mənzərəli yolları kəşf etmək üçün gəlirlər. Bu marşrutlar şəhəri tamam fərqli baxış bucağından tanımaq və bölgənin təbiətini, mədəniyyətini və tarixini daha dərindən hiss etmək üçün bənzərsiz imkan yaradır.

TodayPress TV xəbər verir ki, marşrutlar bunlardır:

Likya Yolu: Antalyanın Qədim Sahil Marşrutu

Türkiyənin ilk uzunməsafəli yürüş marşrutu olan Likya Yolu, təbiətsevərlər və mədəniyyət həvəskarları üçün artıq bir klassikə çevrilib. Fəthiyyə ilə Antalya arasında uzanan 540 kilometrlik bu yürüş marşrutu təxminən 35 gün çəkir. Lakin marşrut sabit mərhələlərə bölünmədiyi üçün yürüşçülər öz temp və imkanlarına uyğun olaraq gündəlik planlarını sərbəst şəkildə qura bilirlər.

Likya Yolu dəniz mənzərələri, sərt Toros dağları, kənd həyatının sadəliyi və təcrid olunmuş çimərliklərin birləşdiyi nadir bir marşrutdur. Adını aldığı və yerləşdiyi bölgənin — Türkiyə Rivierasının — qədim Likya irsini yaşadan bu yol boyunca bir çox tarixi şəhərlərlə qarşılaşmaq mümkündür. UNESCO-nun siyahısına daxil edilmiş Ksantos və Letoondan tutmuş Olimposa qədər bu qədim şəhərlər yürüşçülərə tarixin izlərini canlı şəkildə yaşadır.

Tarixi zənginliyinin yanaşı, Likya Yolu açıq hava idman növləri üçün də ideal şərait yaradır. Marşrut boyu Aralıq dənizinin saf və şəffaf sularında üzmək, sakit çimərliklərdə istirahət etmək mümkündür. Bundan əlavə, yürüşçülər Ölüdənizdəki Babadağdan paraşütlə tullanmaq, dünyanın ən yaxşı 10 dalğıc nöqtəsindən biri sayılan Kaşda dalış etmək, Kekova adasının sakit sularında kayak sürmək və marşrutun son nöqtəsi olan, Türkiyənin ən böyük qayaya dırmanma sahəsinə ev sahibliyi edən Geyikbayırında alpinist bacarıqlarını sınamaq imkanı əldə edirlər.

Müqəddəs Pavel Yolu: Xristianlığın Tarixi İzləri

Türkiyənin ikinci uzunməsafəli yürüş marşrutu da Antalyanın sərhədləri daxilində yerləşir. Məşhur Likya Yoluna bənzər şəkildə, Müqəddəs Pavel Yolu yürüşçüləri tarix boyunca unudulmaz bir səfərə aparır. Lakin bu marşrut qədim sivilizasiyalardan daha çox Xristianlığın ən təsirli şəxsiyyətlərindən biri olan Müqəddəs Pavelin izlərini izləyir. Müqəddəs Pavel Anadolu və Aralıq dənizi bölgəsində xristianlığın yayılmasında mühüm rol oynamışdır. 500 km-lik bu işarələnmiş yol Xristian irsi üçün xüsusi əhəmiyyət kəsb edir və dərindən mənəvi və mədəni təcrübə təqdim edir.

Təxminən 27 gün davam edən marşrut iki əsas hissəyə bölünür və yaşıllıqlarla örtülmüş meşələrdən, qədim Roma yollarından, Müqəddəs Pavelin Asiya Kiçikində ilk missiya səfəri zamanı istifadə etdiyi keçmiş yollardan keçir. Bu yol yürüşçülərə təsirli dağ kəndlərində orijinal evlərdə qalmaq və düşərgə qurmaq imkanları yaradır. Müqəddəs Pavel Yolunun ilk hissəsi Perge şəhərindən başlayaraq Kurşunlu Şəlaləsi vasitəsilə Isparta vilayətinin Sütçüler rayonunda sona çatır. İkinci mərhələ Aspendosdan başlayaraq, rafting üçün önəmli mərkəz sayılan Köprülü Kanyon, Selge və Kasımlar üzərindən keçərək qədim Adada şəhərində birinci marşrutla birləşir. Birgə marşrut möhtəşəm Eğirdir gölündən başlayaraq Türkiyənin 18-ci Cittaslow üzvü olan Yalvaça qədər uzanır.

Pisidya İrs Yolu: Toros Dağlarında Arxeoloji Marşrut

Pisidya İrs Yolu, Antalyanın qədim mənzərələri boyunca uzanan başqa bir yürüş marşrutudur. Bu yol, hazırda Antalyanın şimalında yerləşən dağlıq bölgə olan qədim Pisidyanın ərazisindən keçərək, Toros Dağlarının və meşələrinin möhtəşəm təbiəti arasında yerləşir. Burada kənd həyatı nisbətən toxunulmamış şəkildə qorunub saxlanılır. 350 kilometr uzunluğundakı bu marşrut, yaxınlıqdakı asfalt yollara birləşən qovşaq nöqtələrindən giriş imkanı verən səkkiz əsas yoldan ibarətdir.

Adından da göründüyü kimi, Pisidya İrs Yolu, təxminən 2,000 ildir axan möhtəşəm Antonin Çeşməsi ilə məşhur olan Sagalassos və Türkiyənin ən yaxşı qorunmuş qədim şəhərlərindən biri olan Termessos kimi çoxsaylı qədim Pisidya şəhərlərindən keçir. Yürüşçülər, həmçinin Müqəddəs Pavel Yoluyla kəsişən marşrut hissələrindən – Köprülü Kanyonu, Selge və Isparta yaxınlığındakı Eğirdir Gölü kimi yerlərdən də keçəcəklər. Erikli Yaylası kimi xüsusi məkanlarda isə toxunulmamış təbiət, dar yollar, arxeoloji abidələr və yörüklərin (köçəri tayfaların) ənənəvi həyat tərzi ilə tanış olmaq mümkündür.

FOTOLAR

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin — 1
Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin — 2
XƏBƏR LENTİ
01 IYUN 2026
Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Bütün Xəbərlər