Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır?
Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanın ad günü münasibətilə göndərdiyi təbrik mesajı Rusiyanın Ermənistana münasibətdə mövqeyinin yumşalması siqnalı kimi qiymətləndirilmir.
TodayPress TV xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Rusiya hakimiyyət dairələrindəki mənbənin sözlərinə görə, Kremlin mövqeyi dəyişməyib və Moskva hələ də Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi məsələsinin referendum yolu ilə həll olunmasında israr edir.