Ukrayna PUA-larla rus qırıcılarını "dənlədi"

Ukrayna PUA-larla rus qırıcılarını "dənlədi"
01.05.2026 17:13 Təhlil

Ukrayna Silahlı Qüvvələrinin BPS-i (Bespilot Sistemlər Qüvvələri) 25 aprel 2026-cı il tarixində Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Şaqol” hərbi aerodromuna genişmiqyaslı dron hücumu həyata keçirib.

TodayPress TV  xəbər verir ki, bu barədə  Ukrayna Baş Qərargahı məlumat verib. 

Obyektin cəbhə xəttindən təxminən 1700 kilometr məsafədə yerləşdiyi bildirilir. 

Məlumata görə, dronlar aerodromda yerləşən bir neçə Su-57 beşinci nəsil qırıcı və Su-34 bombardmançı təyyarəsini vurub. Hücum nəticəsində təyyarələrə ziyan dəyib, lakin dəqiq itkilər (məhv edilən və ya zədələnən texnikanın sayı) hələ dəqiqləşdirilir. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib, yerli qubernator isə dronların ələ keçirildiyini bildirib.

Qeyd edək ki, “Şaqol” aerodromu Rusiya Hərbi Hava Qüvvələrinin strateji obyektlərindən biridir. Burada, xüsusilə, Su-57 (“Felon”) tipli nadir qırıcılar yerləşdirilir. Rusiyanın ümumi parkında bu tip təyyarələrin sayı 30-dan azdır və onlar müharibədə məhdud şəkildə istifadə olunur. Hər bir Su-57-nin itirilməsi və ya zədələnməsi Moskva üçün həm texniki, həm də imic baxımından ciddi itkidir.

Su-34 (“Fullback”) isə Rusiyanın cəbhədə ən çox istifadə etdiyi bombardmançı təyyarələrdən biridir. Bu təyyarələr idarəolunan aviabombalar vasitəsilə Ukrayna mövqelərinə kütləvi zərbələr endirir. Onların arxa bazalarda vurulması Rusiyanın hava əməliyyatları qabiliyyətini birbaşa zəiflədir.

Bu hücum Ukraynanın uzunmənzilli PUA istehsalı və tətbiqi sahəsindəki imkanlarının növbəti nümayişidir. Daha əvvəl də Ukrayna dronları Rusiyanın dərin arxasında yerləşən aerodromlara (məsələn, Marinovka və Akhtubinsk) zərbələr endirib. Lakin 1700 km məsafə rekord səviyyəyə yaxındır. Bu fakt göstərir ki, Rusiyanın arxa cəbhədə yerləşən hava bazaları belə tam təhlükəsiz deyil və bu, Rusiya komandanlığını əlavə müdafiə tədbirləri görməyə məcbur edir.

OSINT analitikləri hücumdan əvvəl (17 aprel) və sonra (26 aprel) çəkilmiş peyk görüntülərini müqayisə ediblər. Şəkillərdə təyyarələrin yerləşdiyi ərazilərdə müəyyən dəyişikliklər müşahidə olunur. Bununla belə, bəzi analitiklər (məsələn, Ukraine Control Map) yalnız bir təyyarənin zədələndiyini ehtimal edir. Rəsmi təsdiqlənmiş itkilər isə hələlik Ukrayna tərəfinin açıqlamalarına əsaslanır.

Rusiya tərəfi adətən bu cür hücumlara ya reaksiya vermir, ya da “dronların ələ keçirildiyi” kimi ümumi bəyanatlarla kifayətlənir. “Şaqol” aerodromunun Çelyabinsk kimi Ural bölgəsində yerləşməsi əlavə diqqət çəkir. Bu isə göstərir ki, hava hücumundan müdafiə sistemləri ölkənin daxili hissələrində belə tam effektiv deyil.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Все новости