Türk diplomat Azərbaycanı və Türkiyəni ermənilərə satdı...

Türk diplomat Azərbaycanı və Türkiyəni ermənilərə satdı...
06.05.2026 12:20 Təhlil

Türkiyənin uzun illər xarici siyasət sistemində fəaliyyət göstərmiş karyera diplomatlarından biri olan Serdar Kılıç sıradan bir fiqur deyil. O, Türkiyənin təhlükəsizlik strukturlarında, NATO xəttində və Vaşinqton kimi strateji mərkəzlərdə çalışmış təcrübəli diplomatdır.

Bu səbəbdən onun Avropa Siyasi Birliyinin İrəvan sammitində səsləndirdiyi “özümü burada evdəki kimi hiss edirəm”, “erməni xalqının rifahı üçün çalışırıq” kimi fikirləri təsadüfi və emosional ifadələr kimi deyil, siyasi mesaj kimi qəbul edilə bilər.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ankaranın xüsusi nümayəndəsinin bu cür mövqe nümayiş etdirməsi ciddi narahatlıq və haqlı suallar doğurur. Onun çıxışını dinlədikdə belə bir təəssürat yaranır ki, Kılıç İrəvana Türkiyənin milli maraqlarını müdafiə etmək üçün deyil, qarşı tərəfi hər vasitə ilə razı salmaq missiyası ilə gedib.

Kılıç açıq şəkildə bildirib ki, onun əsas məqsədi “erməni xalqının rifahına və daha yaxşı gələcəyinə töhfə verməkdir”. Burada haqlı bir sual yaranır: Türkiyə Respublikasının rəsmi nümayəndəsinin əsas prioriteti Türkiyənin dövlət maraqları olmalıdır, yoxsa Ermənistan cəmiyyətinin rifahı? Diplomatik nəzakət başqa məsələdir, təmsil etdiyin dövlətin siyasi mövqeyini arxa plana keçirmək isə tamamilə başqa.

Bununla kifayətlənməyən Kılıç, Ruben Rubinyanla aralarında xüsusi anlaşmanın olduğunu, bunun səbəbini isə “eyni mədəniyyətdən gəlmələri” ilə izah edib. Ardınca isə “Mən burada özümü evdəki kimi hiss edirəm” ifadəsini işlədib. Demək olar ki, bir addım da irəli gedib “bir anadan süd əmmişik” desəydi, təəccüb doğurmazdı. Türkiyə dövlətini təmsil edən bir diplomatın bu cür açıqlamalar verməsi, xüsusilə Türkiyə əleyhinə siyasi və ideoloji kampaniyaların davam etdiyi bir mühitdə, ən yumşaq ifadə ilə desək, ciddi suallar doğurur.

Bir müddət əvvəl İrəvanın mərkəzində Türkiyə bayrağı yandırılmışdı. Bu, təsadüfi hadisə deyil, açıq siyasi mesaj və təxribat idi. Belə bir fonda Türkiyənin nümayəndəsinin İrəvana gedərək nə Türkiyəyə qarşı düşmənçiliyə münasibət bildirməsi, nə də dövlətinin milli maraqlarını qətiyyətlə müdafiə etməsi, əvəzində “erməni xalqının gələcəyi” ilə bağlı emosional çıxışlar etməsi haqlı narahatlıq yaradır.

Kılıçın ritorikasına diqqət yetirdikdə, onun çıxışında Türkiyənin milli maraqları, regional strateji prioritetləri və dövlət mövqeyi demək olar ki, görünmür. Əksinə, yaranan təəssürat budur ki, o, Ankara adına deyil, qarşı tərəfin siyasi komfortunu təmin etmək üçün danışır. Bu isə artıq klassik diplomatiya çərçivəsindən kənara çıxan və təmsil etdiyi dövlətin siyasi ağırlığını zəiflədən təhlükəli mesaj kimi görünür.

Xüsusilə “özümü burada evdəki kimi hiss edirəm” açıqlaması ayrıca narahatlıq doğurur. İrəvan təkcə Ermənistanın paytaxtı deyil, həm də tarixi Azərbaycan izlərinin sistemli şəkildə silindiyi bir məkandır. Şəhərdə azərbaycanlılara məxsus maddi və mədəni irsin böyük hissəsi illər ərzində məhv edilib. Belə bir tarixi və siyasi kontekstdə türk diplomatının bu qədər emosional və birtərəfli mesajlar verməsi regionun həssas reallıqlarına qarşı siyasi korluq təsiri bağışlayır.

Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” prinsipi strateji müttəfiqliyin əsas sütunlarından biridir. Bu reallıq fonunda Türkiyənin rəsmi nümayəndəsinin İrəvanda sərgilədiyi bu ritorika yalnız uyğunsuz deyil, eyni zamanda siyasi baxımdan riskli və yanlış siqnallar yaradan davranış kimi görünür.

Bu səbəbdən Serdar Kılıçın fəaliyyəti və verdiyi mesajlar ciddi şəkildə təhlil olunmalıdır. Çünki onun çıxışları artıq sadəcə diplomatik bəyanatlar deyil — onlar haqlı olaraq belə bir sual doğurur: bu şəxs həqiqətən kimin maraqlarını təmsil edir?

Yox əgər o, 1905–1907-ci illərdə Bakı, Şuşa və Gəncədə daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınları, 1918–1921-ci illərdə Andranik, Njdeh və digər erməni silahlı birləşmələrinin Zəngəzurda, Qarabağda, İrəvanda, Qubada və Şamaxıda on minlərlə azərbaycanlını qətlə yetirməsini, yüzlərlə kəndin yandırılmasını, kütləvi etnik təmizləmə siyasətini, Xocalı faciəsini, eləcə də Osmanlı dövründə bəzi erməni silahlı qruplarının xarici qüvvələrlə əməkdaşlıq edərək türk əhalisinə qarşı hücumlarda iştirak etməsini unudubsa — deməli, bunları ona xatırlatmaq lazımdır. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Все новости