Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?
17.06.2025 15:26 Təhlil

“ABŞ prezidenti Donald Trampın "Böyük Yeddilik" (G7) sammitini yarımçıq qoyaraq Vaşinqtona geri dönməsi təsadüfi deyil. Bu addım Yaxın Şərqdə baş verən proseslərin — xüsusilə İran-İsrail qarşıdurmasının — ABŞ-nin xarici siyasət prioritetlərini və beynəlxalq güc balansını ciddi təhlükə altına alması ilə izah olunur”.

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, İran-İsrail qarşıdurması əslində Qərb-Şərq mübarizəsinin tərkib hissəsidir”.

“Biz bu qarşıdurmaya yalnız İran və İsrail arasında baş verən lokal münaqişə kimi baxsaq, yanılmış olarıq. İsrailin son dövrlər İrana qarşı atdığı addımlar Vaşinqtonla koordinasiyalı şəkildə həyata keçirilib. Yəhudi dövlətinin Baş naziri Benyami Netanyahunun və digər israilli rəsmilərin açıqlamaları da göstərir ki, ABŞ-nin razılığı olmadan İsrailin bu cür cəsarətli addımlar atması mümkün olmazdı. 

Digər tərəfdən, İranın da son aylarda ABŞ-nin çağırışlarına məhəl qoymaması, nüvə zənginləşdirmə proqramında güzəştə getməməsi və hərbi texnika, xüsusilə ballistik raketlər və pilotsuz uçuş aparatları sahəsində arsenalını genişləndirməsi, ölkənin öz siyasi mövqeyində ciddi dəyişikliklərə getdiyini göstərir. İranın bu cəsarətinin arxasında isə Rusiyanın və Çinin dəstəyi dayanır”.

Analitik hazırkı İran-İsrail qarşıdurmasını yeni “soyuq müharibə” mərhələsinin lokal əks-sədası hesab edir: 

“Artıq nə İsrail, nə də İran təkbaşına qərar qəbul edib hərəkət etmir. Onlar arxalarında dayanan böyük güclərin - ABŞ, Çin və Rusiyanın – maraqlarını da nəzərə alaraq addım atırlar.

Gələcək ssenarilər klassik yanaşmalara əsaslanacaq. ABŞ İranla masa arxasına əyləşəcək, müəyyən güzəştlər əldə olunacaq, bu isə həm daxili auditoriyaya, həm də xarici rəqiblərə mesaj xarakteri daşıyacaq. Nəticədə İsrail hücumları dayandıracaq, İran da qismən məqsədinə çatmış şəkildə geri çəkiləcək. Beləliklə, tərəflər yenidən gərgin, lakin balanslı status-kvoya qayıdacaqlar. Yaxın dövrdə bu qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı aşağıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edərək Ağ Evə qayıdıb. Daha əvvəl isə Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi bildirilmişdi. Lakin ABŞ liderinin erkən qayıdışı mümkün görüşü təxirə salıb. 

Töhfə Səməd

FOTOLAR

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir? — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Bütün Xəbərlər