Rusiyadan Azərbaycana ərazi qəsdi - Canlı yayımda göstərdilər

Rusiyadan Azərbaycana ərazi qəsdi - Canlı yayımda göstərdilər
08.05.2026 16:44 Təhlil

Rusiyanın "Birinci Kanal"ında yayımlanan “Vremya Pokajet” verilişində Qafqaz xəritəsində Azərbaycanın Qarabağ bölgəsinin ayrıca rənglə işarələnib. Bu sadəcə bir texniki xəta deyil, Azərbaycanın suverenliyinə qarşı qəbulolunmaz bir yanaşmadır.

Bu təqdimat informasiya siyasəti ilə rəsmi dövlət mövqeyi arasındakı dərin ziddiyyəti açıq şəkildə üzə çıxarır.  Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və bu, hər iki ölkə arasında imzalanmış sənədlərlə təsbit olunub. Lakin bəzi media platformalarında hələ də köhnə iddiaları xatırladan vizual manipulyasiyaların davam etməsi ciddi narahatlıq doğurur.

Ortada iki ehtimal var: ya redaksiya heyəti regiondakı yeni reallıqlara qarşı tamamilə məsuliyyətsizdir, ya da hansısa köhnə siyasi ambisiyalar məqsədli şəkildə efirə daşınır. Hər iki halda nəticə eynidir, rəsmi Moskvadan gələn bəyanatlarla media mesajları bir-birini təkzib edir.

Xatırladaq ki, “Birinci Kanal” bənzər hərəkəti 2022-ci ilin martında da təkrarlamış, həmin vaxt baş verənlər Bakıda ciddi ictimai-siyasi narazılıq doğurmuşdu. Rusiya mediası və rəsmi qurumları həm 2020-ci il müharibəsindən, həm də 2023-cü il antiterror əməliyyatından sonra Qarabağı ayrıca təqdim edən xəritələrdən və adlandırmalardan istifadə etməyə davam edib.

Xüsusilə, Xankəndi əvəzinə “Stepanakert” adının işlədilməsi ölkəmizdə haqlı qəzəb yaradıb. Məsələn, 2025-ci ildə "TASS" informasiya agentliyinin qondarma ifadədən istifadə etməsi Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi etirazı ilə nəticələnmişdi.

Eyni zamanda Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yayımlanan xəritələrdə dəfələrlə manipulyasiyalar aparılıb. Rusiya ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlıq Bəyannaməsi tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti təsbit edir. Lakin görünən odur ki, sözügedən prinsiplər kağız üzərində qalıb. Dövlət mediasının mütəmadi pozuntuları klassik rus diplomatiyasını xatırladır: sözdə bir reallıq, əməldə isə tamam başqa mənzərə...

Beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın Qarabağ üzərində suverenliyini birmənalı təsdiqləyir. Şimal qonşumuz isə yeni reallıqları qəbul etmək istəmir və separatçı meyilləri dövlət televiziyası vasitəsilə canlı saxlamağa çalışır. Krım, Donetsk, Luqansk və Zaporojyedə tətbiq edilən xəritə manipulyasiyaları Rusiyanın genişlənmə siyasətində artıq standart vasitəyə çevrilib. Şimali Qazaxıstan ərazilərinin vaxtaşırı “rus torpağı” kimi qələmə verilməsi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin ayrıca subyekt kimi göstərilməsi eyni təcavüzkar yanaşmanın tərkib hissəsidir.

Şübhəsiz ki, Rusiya mediası post-sovet məkanındakı dövlətlərin suverenliyini psixoloji olaraq həzm etməkdə çətinlik çəkir. Belə imperiya təfəkkürü Azərbaycan kimi strateji tərəfdaşa qarşı tətbiq edildikdə müttəfiqliyin mahiyyətini puç edir.

Bəs belə təxribatlar Rusiyaya nə qazandırır?

Etibarın itirilməsi: Azərbaycan ictimaiyyəti artıq Rusiyanı etibarlı tərəfdaş kimi görmür.

Türk dünyasının reaksiyası: Türkiyə və Mərkəzi Asiya dövlətləri bu cür təzyiq rıçaqlarını diqqətlə izləyir və adekvat addımlar atır.

Geosiyasi şaxələnmə: Moskvadan gələn qeyri-səmimi mesajlar Azərbaycanın Qərbə, Türkiyəyə və İsrailə yaxınlaşması prosesini sürətləndirir.

Azərbaycan dövləti diplomatik kanallar vasitəsilə dəfələrlə etirazını bildirsə də, Rusiya mediası bu mesajları görməzdən gəlməkdə israrlıdır. Halbuki Qarabağ məsələsi faktiki və hüquqi  olaraq bağlanıb. Ermənistanın belə qəbul etdiyi reallığı Rusiyanın təhrif etməyə çalışması bölgədəki sabitliyə birbaşa zərbədir.

Unutmaq olmaz ki, hörmət qarşılıqlı olmalıdır. Şimal qonşumuz bənzər “səhvləri” təkrarladıqca, Azərbaycan və türk dünyası da öz strateji seçimlərini daha da şaxələndirməli olacaq.   

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Все новости