Ən böyük kral kralın özüdür! - Britaniya Trampa yerini göstərdi

Ən böyük kral kralın özüdür! - Britaniya Trampa yerini göstərdi
29.04.2026 14:58 Təhlil

Dünən, aprelin 28-də Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinin hər iki palatasının birgə iclasında tarixi çıxış etdi. Bu, 1991-ci ildə anası II Yelizaveta kraliçanın çıxışından sonra bir Britaniya monarxının Konqres qarşısında ikinci belə müraciəti idi və çıxış Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyi münasibətilə keçirilirdi.

Kral Çarlz nitqində əsasən ABŞ və Böyük Britaniya arasında mövcud olan “xüsusi əlaqələr”ə vurğu etdi. O, iki ölkənin ortaq tarixini, dəyərlərini və demokratiya prinsiplərini xatırladaraq, müxtəlifliklərə baxmayaraq hər iki xalqın birgə mübarizə apardığını, ticarət etdiyini və çətin anlarda bir-birinin yanında dayandığını qeyd etdi. Çarlz “nə qədər fərqlərimiz olsa da, demokratiyanı qorumaq və xalqlarımızı müdafiə etmək öhdəliyində birləşirik” mesajını verdi.

Nitqdə NATO ittifaqının önəmi xüsusilə vurğulandı. Kral 11 sentyabr hadisələrindən sonra ABŞ-nin NATO-nun 5-ci maddəsini işə saldığını xatırladaraq, indi də Ukraynanın müdafiəsi üçün oxşar birlik və dəstəyin vacibliyini bildirdi. O, qlobal qeyri-müəyyənlik və münaqişələr fonunda Avropa ilə Amerika arasındakı tərəfdaşlığın heç vaxt bu qədər vacib olmadığını vurğuladı.

Çıxış zamanı Kral Çarlz “checks and balances” (qarşılıqlı nəzarət və balans) mexanizminin vacibliyindən danışanda Konqres üzvləri ayağa qalxaraq alqışladılar. Eyni zamanda o, zorakılığa qarşı çıxaraq sülhə çağırış etdi və “kürəkləri qılıncla dəyişdirməmək” kimi ifadələrlə gərginliklərin azaldılmasını arzuladı. Nitqdə ümumilikdə birləşdirici və diplomatik ton hiss olunurdu, görünür ki, o,  siyasi mübahisələrdən uzaq durmağa çalışır.

Ümumilikdə, III Çarlzın bu çıxışı ABŞ–Böyük Britaniya münasibətlərini möhkəmləndirmək və ortaq dəyərləri önə çıxarmaq məqsədi daşıyırdı. Lakin Çarlzın parlaq nitqində Trampa və bütün Amerikaya incə, amma çox aydın bir mesaj verildi: ABŞ-də demokratiyanın, hüquqi dövlətin və hakimiyyət qollarının müstəqilliyinin ən böyük təminatçısı məhz Britaniyanın Kral Evidir. Tarixi köklərə, ortaq dəyərlərə və “xüsusi münasibətlər”ə istinad edərək sanki deyirdi: “Siz müstəqillik aldınız, amma o ruhu, o tarazlığı bizdən öyrəndiniz və hələ də bizə ehtiyacınız var.”

Bu, sadəcə bir monarxın çıxışı deyildi. Əsl siyasi postmodernizm idi. Burdan görünür ki, ən böyük kral elə  kralın özüdür! Bir tərəfdən simvolik hakimiyyət, digər tərəfdən isə yumşaq gücün ən yüksək səviyyəsi. O, birbaşa tənqid etmir, heç kimi aşağılamır, amma mesajı aydındır:  “Biz buradayıq, biz ənənəyik, biz sabitliyik. Siz isə hələ də o dalğalanan demokratiyanın içindəsiniz.”

Çarlz danışanda Konqres zalı ayağa qalxıb alqışlayırdı – həm demokratlar, həm respublikaçılar. Çünki o, siyasi mübarizədən yuxarıda dayanmış kimi görünür. Amma əslində məhz bu “yuxarıda dayanma” effekti ilə ən güclü siyasi mesajı verir. Tramp kimi “America First” deyən bir liderə qarşı belə incə, aristokratik üslubda “yerini xatırlatmaq” – bu, Britaniya diplomatiyasının klassik ustalıq nümunəsidir.

Ən maraqlısı odur ki, Kral özü konstitusion monarx kimi neytral qalmalıdır, amma nitqindəki bütün o incə işarələr (NATO, birlik, izolyasiyanın təhlükəsi, hakimiyyət qollarının tarazlığı) tamamilə müəyyən bir siyasi xətti dəstəkləyirdi. Liberal dəyərləri müdafiə edən, qlobal əməkdaşlığı ön plana çəkən xətt.

Bir tərəfdə seçkilərlə gələn, dalğalı, hər gün mübarizə aparan liderlər, digər tərəfdə isə yüzillərlə davam edən, sadəcə varlığı ilə ağırlıq yaradan bir institut. Belə mütləq, amma görünməz hakimiyyətə həsəd aparmamaq əldə deyil.

Ümumilikdə götürəndə, Kral nəzakətli və diplomatik çıxış etsə də, mesajın gücü danılmazdır. Britaniya Trampa yerini göstərdi.  Amma  kobud deyil,  açıq qarşıdurma kimi yox. Bu klassik Britaniya üslubudur: gülümsəyə-gülümsəyə iynə vurmaq.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Все новости