Ekspert: “Bakı–Vaşinqton münasibətlərində "Qızıl Dövr" başlayır”

Ekspert: “Bakı–Vaşinqton münasibətlərində "Qızıl Dövr" başlayır”
23.12.2025 17:44 Təhlil

Dekabrın 19-da Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ilk onlayn iclas keçirilib. Görüşdə tərəflər iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.


Bəs mövcud regional şəraitdə Azərbaycan–ABŞ strateji tərəfdaşlığı real təhlükəsizlik və siyasi müttəfiqliyə çevrilə bilərmi?


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Donald Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətləri canlanıb:

“Hər şeydən əvvəl strateji planlaşdırma aparılmalıdır. Hesab edirəm ki, Azərbaycan–ABŞ strateji tərəfdaşlıq planı üzrə işçi qrupunun ilk iclası iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələyə çıxışdır. Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan əlaqələri tamamilə fərqli, daha konstruktiv xarakter alıb. Məhz Donald Tramp prezident seçildikdən sonra ABŞ ilə Azərbaycan arasında münasibətlərdə aydın dinamika müşahidə olunur”.


Analitik qeyd edib ki, bu görüş strateji tərəfdaşlığın praktik mərhələsinin başlanğıcı hesab oluna bilər:

“Xatırlatmaq lazımdır ki, strateji işçi qrupunun ilk iclasında regional təmasların genişləndirilməsi, ticarət imkanlarının artırılması, süni intellekt sahəsində əməkdaşlıq, investisiyaların təşviqi kimi mühüm istiqamətlər müzakirə olunub. Eyni zamanda, 2025-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin məhz strateji tərəfdaşlıq əsasında formalaşdığını bir daha təsdiqləyir”.


Ekspert vurğulayıb ki, ABŞ Azərbaycanı regionun enerji və logistika mərkəzi kimi qiymətləndirir:

“Amerika Birləşmiş Ştatları Azərbaycanı regionun əsas aparıcı ölkəsi kimi görür. Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi baxımdan Cənubi Qafqazın lokomotividir. Regionda həyata keçirilən strateji enerji və enerji-logistika layihələri məhz Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılır. Azərbaycan faktiki olaraq Cənubi Qafqazın enerji və logistika habına çevrilib”.

E.Mirbəşiroğlu sonda qeyd edib ki, ABŞ Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır:

“Bu baxımdan, regionda reallaşdırılması nəzərdə tutulan mühüm layihələrdə ABŞ-nin marağı açıq şəkildə görünür. Regionda maraqları olan digər beynəlxalq aktorlar kimi, Amerika Birləşmiş Ştatları da Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Strateji işçi qrupunun ilk iclası da məhz buna dəlalət edir. Düşünürəm ki, bundan sonra Tramp administrasiyası Azərbaycanla münasibətlərin daha dinamik şəkildə inkişafında maraqlı olacaq. Çünki Cənubi Qafqaz strateji əhəmiyyətə malik regiondur və regionun ən güclü, perspektivli dövləti ilə əməkdaşlıq ABŞ üçün xüsusi əhəmiyyət daşıyır”.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Все новости