7 iyun: Ermənistan üçün dönüş nöqtəsi -  ŞƏRH

7 iyun: Ermənistan üçün dönüş nöqtəsi -  ŞƏRH
07.02.2026 19:15 Təhlil

“7 iyun tarixində Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi xəttini və regional münasibətlərini formalaşdıracaq mühüm hadisədir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, seçkilərin nəticələri Avropa, ABŞ, Rusiya və Qafqazın digər dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. 

Ekspert vurğulayıb ki, hazırda Ermənistan daxilində seçki mühiti kifayət qədər mürəkkəbdir: 

“Son illər Ermənistanda ictimai etimadın zəifləməsi və ciddi sosial-iqtisadi problemlərin artması müşahidə olunur. Baş nazir Nikol Paşinyanın populyarlığı əvvəlki qədər yüksək deyil və qarşıdakı dövrdə baş verə biləcək hadisələr seçkilərin nəticələrinə birbaşa təsir göstərə bilər”. 

Bununla belə, analitikin sözlərinə görə, Paşinyan və rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hələ də seçkilərin əsas namizədi sayılır. O bildirib ki, Paşinyan bu seçkiləri “sülh, sabitlik və davamlı inkişaf” üçün bir imtahan kimi təqdim edir və hökumətin mandatını yenidən qoruyacağına ümid edir. 


Müxalifətin vəziyyətinə toxunan R. Bayramov qeyd edib ki, Ermənistanda müxalifət əsasən keçmiş prezidentlər və köhnə siyasi fiqurlar ətrafında formalaşıb: 

“Ermənistanın keçmiş Prezidentləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyü, eləcə də kilsə rəhbərliyi əsas müxalif qüvvələr kimi çıxış edir. Bu qüvvələr Rusiyayanın regiondakı beşinci kolonu funksiyasını yerinə yetirən aktorlardır. Bu səbəbdən sözügedən seçkiləri Qərblə Rusiya arasında bir növ siyasi yarış kimi də qiymətləndirmək olar. Seçkilərin nəticələri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə, sülh danışıqlarının taleyinə və Avropa ilə əlaqələrinin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər”. 


Siyasi şərhçi bildirib ki, bütün bu amilləri nəzərə aldıqda, 7 iyun seçkilərini Ermənistan üçün dönüş nöqtəsi adlandırmaq mümkündür. O, həmçinin qeyd edib ki, Paşinyanın qələbə ehtimalı yüksəkdir. Çünki müxalifət əsasən keçmiş prezidentlərdən ibarətdir və Ermənistan cəmiyyətində onların hakimiyyət dövrü ilə bağlı xatirələr müsbət deyil. 

“Digər tərəfdən, Qərbin aktiv dəstəyi fonunda Nikol Paşinyan özünü daha rahat hiss edir. Bu səbəbdən o, müxalifətə qarşı istənilən təzyiqi Rusiyanın regiondakı təsir imkanlarını zəiflətmək kimi təqdim edərək rəqiblərinə qarşı sərt addımlar atmaqdan çəkinməyəcək. Paşinyan əmindir ki, bu addımlar “insan hüquqları”, “ədalətli seçkilər” və digər oxşar arqumentlərlə onun legitimliyini şübhə altına almayacaq”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər bu il iyunun 7-də keçiriləcək. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 Все новости