Doğum azalır - Uşaq pulu verilməsə .... - İqtisadçıdan həyəcanlı açıqlama

Doğum azalır - Uşaq pulu verilməsə .... - İqtisadçıdan həyəcanlı açıqlama
22.05.2026 15:22 Sosial

Uşaq pulu məsələsinə dövlətlərin yanaşması adətən insanların çalışqanlığı, sosial davranışı, həyat tərzi və ya tənbəlliyi ilə ölçülən məsələ deyil. Bu qərarlar daha çox ölkənin demoqrafik vəziyyəti, əhali artım tempi, yaşlanma dinamikası, əmək bazarı və uzunmüddətli sosial-iqtisadi planlaması əsasında formalaşır.

Fərqli davranan ölkə nümunləri də göstərmək olsa da, amma dünyada ölkələrin 95 faizdən çoxunda dövlətlər ilk növbədə öz demoqrafik vəziyyətinə baxırlar. 

Əgər əhali artımı qənaətbəxşdirsə, ölkənin mövcud resursları və sosial infrastrukturu üçün risk yaratmırsa, o zaman dövlət adətən neytral mövqe tutur. Yəni nə doğumu xüsusi şəkildə stimullaşdırır, nə də məhdudlaşdırır.

Əgər əhali artımı həddindən artıq sürətlənirsə və artıq ölkənin ərazisi, su ehtiyatları, məşğulluq bazarı, sosial yükü üçün problem yaratmağa başlayırsa, bəzi ölkələr doğumu məhdudlaşdıran siyasətlərə keçir. Dünya tarixində bunun nümunələri çox olub.

Amma əgər doğum azalırsa, əhali qocalırsa, gələcəkdə əmək bazarında insan çatışmazlığı, pensiya sistemində yük və demoqrafik risklər yaranırsa, o zaman dövlətlər doğumu təşviq etməyə başlayırlar.

Bu təşviq isə müxtəlif formalarda olur. Ən çox rast gəlinən birbaşa uşaq pulunun verilməsidr. Bundan əlavə doğulan uşağın adına depozit və ya fond hesabının açılması, valideynlər üçün vergi güzəştləri, ipoteka və mənzil üstünlükləri, analıq və atalıq məzuniyyətləri, çoxuşaqlı ailələr üçün sosial imtiyazlar, pensiya və sosial təminat üstünlükləri və s. kimi təşviqlər mümkündür.

Yəni dövlətlər bu məsələyə daha çox insanların gündəlik davranışlarının dəyişməsi, istehlak vərdişləri, sosial passivlik və ya tənbəllik göstəriciləri prizmasından yanaşmırlar. Əsas diqqət doğum səviyyəsi, təbii artım tempi, əhalinin yaş strukturu, əmək qabiliyyətli əhalinin payı və uzunmüddətli demoqrafik davamlılıq kimi göstəricilərə yönəlir.

Bəs Azərbaycanda mövcud demoqrafik dinamika nə göstərir?

Statistik göstəricilər onu göstərir ki, Azərbaycanda demoqrafik proseslər əvvəlki dövrlərlə müqayisədə artıq fərqli mərhələyə daxil olur.

Ən vacib göstəricilərdən biri təbii artımdır. 2010-cu ildə Azərbaycanda təbii artım 112 min nəfərdən çox olduğu halda, 2024-cü ildə bu göstərici 43 min nəfərə qədər geriləyib. Başqa sözlə, təbii artım təxminən 2,5 dəfəyə yaxın azalıb.

Doğulanların sayı da ciddi şəkildə aşağı düşüb. 2010-cu ildə ölkədə 165, 6 min uşaq doğulduğu halda, 2024-cü ildə bu rəqəm 102,3 minə enib. Bu isə qısa dövrdə əhəmiyyətli demoqrafik dəyişiklik deməkdir.

Əhalinin yaş strukturu da dəyişir. Uşaq və yeniyetmə yaş qruplarının əhali içində payı azalır, yaşlı əhalinin payı isə artır. Məsələn, 0-4 yaş qrupunun əhali içiidə payı 2000-ci ildə 9,1 faiz olduğu halda, 2025-ci ildə 5,6 faizə düşüb. Eyni dövrdə 70 yaşdan yuxarı əhalinin payı 2,8 faizdən 5,3 faizə yüksəlib.

Demoqrafiyada ən vacib sərhədlərdən biri əhalinin özünü yeniləmə həddidir. Adətən ümumi nəsilvermə əmsalının təxminən 2,1 olması əhalinin uzunmüddətli dövrdə özünü stabil şəkildə əvəz etməsi üçün kifayət hesab olunur. Göstərici 2,1-dən aşağı düşəndə artıq gələcəkdə yaşlanma və əmək qabiliyyətli əhalinin azalması riski yaranmağa başlayır. 1,7-1,8 aralığı risk siqnalı sayılır. 1,5 və daha aşağı səviyyə isə artıq bir çox ölkədə ciddi demoqrafik narahatlıq mərhələsi hesab edilir.

Azərbaycanda isə ümumi nəsilvermə əmsalı 2000-ci ildə 2.0, 2010-cu ildə 2,3 olduğu halda, 2020-ci ildə 1,7-yə, 2024-cü ildə isə 1,4-ə düşüb. Bu isə doğum səviyyəsində azalma meylinin artıq uzunmüddətli tendensiyaya çevrildiyini göstərir.

Bu dinamikanın gələcək illərdə hansı sürətlə davam edəcəyini zaman göstərəcək. Amma hazırkı statistik trend onu deməyə əsas verir ki, gələcəkdə dövlətin demoqrafik təşviq mexanizmlərinə daha ciddi şəkildə müraciət etməsi ehtimalı artır.

Eldəniz Əmirov,

İqtisadçı ekspert

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Все новости