500 manatlıq əsginas niyə yoxa çıxıb? – Rəsmi açıqlama

500 manatlıq əsginas niyə yoxa çıxıb? – Rəsmi açıqlama
20.05.2026 21:30

Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, qurumdan "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.

Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb. 

"Bu pul nişanı öz nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsi hesab olunur. Mərkəzi Bank tərəfindən məhdud sayda istehsal edilərək tədavülə buraxıldığı üçün sözügedən pul nişanına dövriyyədə digər nominallarla müqayisədə daha az rast gəlinir".

Tədavüldə olan pul nişanlarının həcmi ilə bağlı məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən "Milli pul nişanları" bölməsindən əldə etmək mümkündür.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Все новости