TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı

TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı
03.12.2025 16:57 Siyaset Ru

Bakı şəhəri 2-3 dekabr 2025-ci il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclasına ev sahibliyi edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasın əvvəlində tədbir iştirakçıları ölkəmizdə geodeziya və kartoqrafiya sahəsində görülən işləri əks etdirən videoçarxı izləyiblər.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajanın, eləcə də TDT-yə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Görüş zamanı həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.

İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Tədbir panel sessiyalarla davam edib.

Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.

TodayPress TV

ФОТО

TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 1
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 2
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 3
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 4
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 5
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 6
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 7
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 8
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 9
TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatdı — 10
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Все новости