Prezident İlham Əliyev mükafata layiq görüldü

Prezident İlham Əliyev  mükafata layiq görüldü
26.04.2026 15:57 ПОЛИТИКА

Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Hörmətli dostlar,

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir".

Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Все новости