Aspirinin hamiləlikdə faydaları aşkarlandı

Aspirinin hamiləlikdə faydaları aşkarlandı
15.11.2025 20:00 Sağlamlıq

Alimlər hamiləlik dövründə aşağı dozada aspirin qəbulunun faydalı ola biləcəyini müəyyən ediblər.

TodayPress TV "NBC News"a istinadən xəbər verir ki, bu dərman preeklampsiyanın – hamiləlik zamanı yaranan ciddi fəsadın – qarşısının alınmasında kömək edə bilər.

Bunun ardından Qərb ölkələrinin bir çox xəstəxanaları hamilə qadınlara kiçik dozalı aspirin istifadəsini tövsiyə etməyə başlayıb.

Hazırda ABŞ-da hamiləliklərin təxminən 4%-i preeklampsiya ilə əlaqələndirilir. Aspirin qəbulunun bu riski 15%, vaxtından əvvəl doğuş ehtimalını isə 20% azaltdığı bildirilir. Mütəxəssislər həmçinin dərmanın körpənin sağ qalma şansını artırdığını vurğulayırlar.

Əvvəllər aparılan araşdırmalar aspirinin diabet xəstələrində ürək-damar xəstəlikləri riskini də azaltdığını göstərmişdi. Aspirin qəbul etməyənlərlə müqayisədə bu qrupda infarkt, insult və ölüm hallarının daha az olduğu qeyd olunub.

Bununla yanaşı, daha əvvəlki bəzi məlumatlarda parasetamol, aspirin və amoksiklav kimi dərmanların qaraciyərə zərər verə biləcəyi də bildirilib.

Jalə Rövşən

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
"İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Все новости