"Yüksəliş"in qalibləri üçün silsilə görüşlər keçiriləcək

"Yüksəliş"in qalibləri üçün silsilə görüşlər keçiriləcək
23.01.2026 10:20 Mədəniyyət

"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunda "Ədibin Evində Yüksəliş" adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı - İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə təşkil olunacaq görüşlərdə iştirak edəcəklər.

Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

Silsilə görüşlərin əsas məqsədlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.

Görüşlərdə qonaq natiq qismində "Ədibin Evi"nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik, idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.

Qeyd edək ki, "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxu mədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Все новости