XI Bakı Beynəlxalq Kitab Sərgisi: Uşaq kitablarının satışında vəziyyət necədir?

XI Bakı Beynəlxalq Kitab Sərgisi: Uşaq kitablarının satışında vəziyyət necədir?
01.10.2025 13:40 Mədəniyyət

“Sərginin ilk günüdür, gələnlər, kitab alanlar olsa da, yekun bir şey demək olmur”. 

Bu sözləri TodayPress TV-yə "Ziya" nəşriyyatın təsisçisi Şəhriyar Sarıca deyib. 

“Uşaqlar üçün olan kitablar ümumən çox satılan kitablar olur. Əvvəlki illərdə də belə olub. Məncə, xüsusilə həftəsonu satışların ən yaxşı vəziyyəti olacaq”,- deyə o, həmçinin bildirib. 

Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi bu gün öz işinə başlayıb. Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

Orxan Saffari

TodayPress TV

FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisi: Uşaq kitablarının satışında vəziyyət necədir? — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər