Tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir

Tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir
19.12.2025 11:00 Mədəniyyət

Bakıda yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasının damı layihəyə uyğun bərpa edilir.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır:

"Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir".

Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, "VEST PARK" MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulmuşdu.

Lakin təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə, yeni metal kirəmit tipli konstruksiya quraşdırılmışdı. Həmçinin, damda yerləşən tüstü və havalandırma bacaları qapadılmış, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.

Dövlət Xidməti bu nöqsanlarla əlaqədar təmir-bərpa işlərini dayandırıb, şirkət barəsində inzibati tədbirlər görmüşdü. Tarixi abidənin dam örtüyünün əvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənar quraşdırılmış dam örtüyü sökülmüş, nəticədə binanın damının müəyyən hissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçün əlavə narahatlıqların yaranmasına səbəb olmuşdu.

TodayPress TV

ФОТО

Tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir — 1
Tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir — 2
Tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir — 3
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Все новости