Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu

Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu
04.12.2025 18:16 Mədəniyyət

Şəki Dövlət Dram Teatrı Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində sənətsevərlərə təqdim edib. 

TodayPress TV xəbər verir ki, tamaşa Xalq şairinin bu il dövlət səviyyəsində qeyd olunan 100 illik yubileyinə həsr olunub.

Nümayişdən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında danışıb, xatirələrini bölüşüblər. Şəki teatrının paytaxtda tamaşa nümayişinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkür ifadə edilib. 

Sonra səhnə əsəri nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi mərhum bəstəkar Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova  məxsusdur. 

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova  (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay) və başqaları canlandırıblar.

Azərbaycan xalqının Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.

Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki teatrı tərəfindən təşkil edilən B.Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.

TodayPress TV

ФОТО

Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 1
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 2
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 3
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 4
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 5
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 6
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 7
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 8
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu — 9
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Все новости