Mədəniyyət səmasından keçən ulduz - Roza Cəlilova 96...

Mədəniyyət səmasından keçən ulduz - Roza Cəlilova 96...
19.11.2025 11:56 Mədəniyyət

Milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.

Xalq artisti Roza Cəlilova Azərbaycan rəqs sənətinin ən parlaq simalarından biri kimi tanınır. 1929-cu ildə Qubada dünyaya gələn sənətkar çox gənc yaşlarından səhnəyə bağlanıb. Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə ilə bitirdikdən sonra əvvəlcə Opera və Balet Teatrının səhnəsində balerina kimi çıxış edib. Lakin onun taleyi Azərbaycan milli rəqs sənəti ilə daha sıx bağlı idi və buna görə də 1949-cu ildə Filarmoniyanın Mahnı və Rəqs Ansamblına keçərək burada özünün ən yadda qalan yaradıcılıq illərini yaşayıb.

Roza Cəlilova uzun illər bu ansamblın əsas simalarından biri olub, təkcə rəqqasə kimi deyil, həm də xoreoqraf və rəhbər kimi böyük nüfuz qazanıb. 1965-1975-ci illər ərzində ansamblın rəqs qrupuna başçılıq edərək bir çox səhnə quruluşları ərsəyə gətirib, milli rəqslərin klassik elementlərlə harmoniyasını yaradaraq özünəməxsus üslub formalaşdırıb. Onun yaratdığı hər bir kompozisiya həm zəriflik, həm də bədii düşüncə ilə seçilirdi.

Sənətkarın fəaliyyəti təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də tanınıb. O, Kanada, Çin, ABŞ, Türkiyə, Mərakeş, Efiopiya və digər ölkələrdə keçirilən festivallarda Azərbaycan rəqs sənətini layiqincə təmsil edib. Səhnədə yalnız yerli rəqslərlə kifayətlənməyən Roza Cəlilova ərəb, fars, hind və başqa xalqların rəqslərini də ustalıqla ifa edərək tamaşaçıların rəğbətini qazanıb.


Onun yaradıcılığının davamı kimi 1988-ci ildə “Gülüstan” Mahnı və Rəqs Ansamblı təşkil edilib və bu kollektiv bugünədək fəaliyyətini davam etdirir. Roza Cəlilovanın sənətə bağlılığı o qədər güclü olub ki, yaşı 90-ı keçsə də, “rəqssiz yaşaya bilmərəm” deyərək səhnəyə sevgi ilə yanaşıb.

Sənətkar uzun illər ərzində göstərdiyi fəaliyyətə görə bir sıra yüksək fəxri adlara layiq görülüb. 1959-cu ildə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti adı alıb. Bundan başqa, mədəniyyət sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Roza Cəlilova rəqs sənətinin inkişafında əvəzedilməz xidmətlər göstərib, özünün incə zövqü və zəngin yaradıcılığı ilə bir neçə nəsil rəqqasın formalaşmasına təsir edən sənətkar olaraq yaddaşlarda yaşayır. 


Allah rəhmət etsin!

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Все новости