Mədəniyyət səmasından keçən ulduz - Roza Cəlilova 96...

Mədəniyyət səmasından keçən ulduz - Roza Cəlilova 96...
19.11.2025 11:56 Mədəniyyət

Milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.

Xalq artisti Roza Cəlilova Azərbaycan rəqs sənətinin ən parlaq simalarından biri kimi tanınır. 1929-cu ildə Qubada dünyaya gələn sənətkar çox gənc yaşlarından səhnəyə bağlanıb. Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə ilə bitirdikdən sonra əvvəlcə Opera və Balet Teatrının səhnəsində balerina kimi çıxış edib. Lakin onun taleyi Azərbaycan milli rəqs sənəti ilə daha sıx bağlı idi və buna görə də 1949-cu ildə Filarmoniyanın Mahnı və Rəqs Ansamblına keçərək burada özünün ən yadda qalan yaradıcılıq illərini yaşayıb.

Roza Cəlilova uzun illər bu ansamblın əsas simalarından biri olub, təkcə rəqqasə kimi deyil, həm də xoreoqraf və rəhbər kimi böyük nüfuz qazanıb. 1965-1975-ci illər ərzində ansamblın rəqs qrupuna başçılıq edərək bir çox səhnə quruluşları ərsəyə gətirib, milli rəqslərin klassik elementlərlə harmoniyasını yaradaraq özünəməxsus üslub formalaşdırıb. Onun yaratdığı hər bir kompozisiya həm zəriflik, həm də bədii düşüncə ilə seçilirdi.

Sənətkarın fəaliyyəti təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də tanınıb. O, Kanada, Çin, ABŞ, Türkiyə, Mərakeş, Efiopiya və digər ölkələrdə keçirilən festivallarda Azərbaycan rəqs sənətini layiqincə təmsil edib. Səhnədə yalnız yerli rəqslərlə kifayətlənməyən Roza Cəlilova ərəb, fars, hind və başqa xalqların rəqslərini də ustalıqla ifa edərək tamaşaçıların rəğbətini qazanıb.


Onun yaradıcılığının davamı kimi 1988-ci ildə “Gülüstan” Mahnı və Rəqs Ansamblı təşkil edilib və bu kollektiv bugünədək fəaliyyətini davam etdirir. Roza Cəlilovanın sənətə bağlılığı o qədər güclü olub ki, yaşı 90-ı keçsə də, “rəqssiz yaşaya bilmərəm” deyərək səhnəyə sevgi ilə yanaşıb.

Sənətkar uzun illər ərzində göstərdiyi fəaliyyətə görə bir sıra yüksək fəxri adlara layiq görülüb. 1959-cu ildə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti adı alıb. Bundan başqa, mədəniyyət sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Roza Cəlilova rəqs sənətinin inkişafında əvəzedilməz xidmətlər göstərib, özünün incə zövqü və zəngin yaradıcılığı ilə bir neçə nəsil rəqqasın formalaşmasına təsir edən sənətkar olaraq yaddaşlarda yaşayır. 


Allah rəhmət etsin!

Türkan İsgəndərli

NEWS FEED
02 JUNE 2026
NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 All News