Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı oldu

Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı oldu
23.09.2025 12:41 Mədəniyyət

Heydər Əliyev Mərkəzində sentyabrın 23-də III Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.

Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.

Azərbaycan mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir:

"Festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciəti təqdim edilib. O bildirib ki, Nəsimi irsi insanlığın mədəni və mənəvi inkişafında əvəzsiz rol oynayır. ICESCO-nun Baş direktoru qeyd edib ki, bu irsi yad etməklə cəsarət, sorğu və gözəllik ənənəsi canlanır, insanlığın yolu işıqlandırılır. Həmçinin o, Nəsimi irsinin qəlbləri və ağlı işığa, birliyə, sülhə və rifaha yönəltdiyini xüsusilə vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalını Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir kimi dəyərləndirdiyini deyib: "Nəsimi yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərib, ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb. Onun əsərləri humanist prinsipləri və yüksək estetik dəyərləri bir araya gətirərək dünya mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib".

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərdiyini diqqətə çatdırıb.

Akademik əlavə edib ki, Nəsimi irsi ədəbiyyatın inkişafında, mədəniyyətlərarası dialoqun formalaşmasında və insan düşüncəsinin zənginləşməsində böyük rol oynayıb. Onun əsərləri insanın mənəvi yüksəlişinə, azad düşüncəyə və ədalət prinsiplərinə xidmət edən bir irs kimi hələ də aktualdır və gənc nəsillərə ilham verir.

Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.

Festivalın ikinci günü Şamaxıda - Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında "Multidissipilinar İncəsənət Festivalı", bədii konsert proqramı təqdim ediləcək.

Xatırladaq ki, Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi festivalının tərəfdaşı olub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 Bütün Xəbərlər