Frida Kahlonun avtoportreti rekord qiymətə satıldı

Frida Kahlonun avtoportreti rekord qiymətə satıldı
22.11.2025 19:45 Mədəniyyət

Meksikalı rəssam Frida Kahlonun 1940-cı ildə çəkdiyi avtoportret Sotheby's hərracında 54,7 milyon dollara satılaraq qadın rəssam əsərləri arasında yeni rekord müəyyən edib.

TodayPress TV xəbər verir ki, rəsm həmçinin Latın Amerikalı rəssamlar üzrə də indiyədək qeydə alınan ən yüksək hərrac satışını yeniləyib.

“El sueño (La cama)” adlı əsər əvvəlki rekordçu – Corciya O’Kiffenin 2014-cü ildə 44,4 milyon dollara satılan “Cimson Weed/White Flower No. 1” tablosunu geridə qoyub.

Xüsusi kolleksiyaya məxsus olan avtoportret Meksikanın xaricinə satıla bilən azsaylı Kahlo əsərlərindən biridir. Rəsmin yeni sahibi açıqlanmayıb.


Sotheby's rəsm əsərini sürrealistlərə həsr olunmuş auksionda təqdim edib. Kahlo isə hər zaman öz yaradıcılığını reallığın ifadəsi kimi dəyərləndirərək sürrealizmə aid edilməsinə etiraz edib: “Mən heç vaxt xəyallar çəkməmişəm. Öz reallığımı çəkmişəm”.

Frida Kahlo 1954-cü ildə 47 yaşında vəfat edib. Bu gün onun əsərləri dünya auksionlarında ən çox axtarılan və dəyəri sürətlə artan sənət nümunələri arasında yer alır.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Ançelottinin oğlu bu klubun baş məşqçisi oldu 18:13 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Все новости