“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı
07.12.2025 12:33 Mədəniyyət

Dekabrın 6-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə”  filminin yerli premyerası keçirilib.

TodayPress TV xəbər verir ki, premyera “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” , “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində  baş tutub.

Tədbirin açılışında filmin rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verib.

O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Rejissor eyni zamanda filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü bildirib.

Qeyd edək ki, Hilal Baydarovun müəllifi olduğu “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.

Bakıdakı premyera nümayişində, həmçinin filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Film tamaşaçılar tərəfindən böyük maraq və yüksək rəğbətlə qarşılanıb.

TodayPress TV

ФОТО

“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 1
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 2
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 3
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 4
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 5
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 6
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 7
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 8
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 9
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı — 10
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Все новости