2003-cü ildən bəri 36 eksponat xaricdən geri qaytarılıb

2003-cü ildən bəri 36 eksponat xaricdən geri qaytarılıb
14.01.2026 17:44 Mədəniyyət

2003-2023-cü illərdə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Bildirilib ki, 20 min 85 eksponat bərpa olunub.

Sənəddə həmçinin vurğulanıb ki, ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi təşkil olunub.

Qeyd olunub ki ki, 2003–2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi – Qobustan qaya sənəti mədəni landşaftı (2007-ci il), Xan sarayı ilə Şəki şəhərinin tarixi mərkəzi (2019-cu il), Hirkan meşələri (2023-cü il) və Xınalıq Köç yolu (2023-cü il) UNESCO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olub.

Bakı şəhəri (2017-ci il), Şəki şəhəri (2018-ci il) və Lənkəran şəhəri (2019-cu il) UNESCOnun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilmişdir. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"nda (22 nümunə) və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"nda (2 nümunə) yer alıb.

Azərbaycan üzrə "Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları" adı altında 3 əlyazma (Rüstəm Cürcaninin "ZəxireyiNizamşahi", Əbülqasim Zəhravinin "Əl-məqələtus-səlasim", Əbu Əli ibn Sinanın "Əl-qanun fit-tibb" əsərləri) 2005-ci ildə, Məhəmməd Füzulinin "Divan"ının surəti 2017-ci ildə, Xurşidbanu Natəvanın "Gül dəftəri" – illüstrasiyalı şeirlər albomu" 2023-cü ildə UNESCO-nun "Dünya yaddaşı reyestri"nə daxil edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Все новости